“İnsanda şans olmalıdır. Milyon dənə mahnı oxuyursan, heç tutmur. Amma gözləmədiyin anda oxuduğun bir mahnı tutur. Azərbaycanda elə bir bəstəkar yoxdur ki, onunla çalışmayım. Amma o vaxt hüquq fakültəsində təhsil alan bir tələbənin mahnısını oxudum, indi də o mahnı dillər əzbəridir. Söhbət “Ürəyimlə bacarmıram” mahnısından gedir. Mahnı var ki, kütlə üçün yazılıb, mahnı da var ki, sırf müəyyən təbəqə ona qulaq asır. Bu tip mahnıları hər təbəqə anlaya bilməz. Hərdən bəzi insanlar baxış sayı ilə səviyyəni qarışdırırlar. Onlar başa düşmürlər ki, hansı mahnıya ki, baxış sayı azdır, onu duyanlar çox azdır. Çünki qaymaq həmişə az olur, ayran çox olur”.
Bunu açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib. O, daha sonra əlavə edib.