Nəsiminin icra başçısı Asif Əsgərovun “qoçu dəstələri”- “Avtoş oğul”, qəza, ölüm, 300 minlik rüşvət…backend

Nəsiminin icra başçısı Asif Əsgərovun adı nələrdə hallanmır ?

1 sotu 300 minə torpaq satan icra başçısı nələr qazanıb ?

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun  rüşvət  və korrupsiya  əməlləri barəsində ölkə mediasında kifayət qədər yazılıb.
Birincisi, ondan başlayaq ki, ixtisasca bədən tərbiyəsi müəllimi olan adam hansı özəl xüsusiyyətlərinə, idarəetmə qabiliyyətlərinə görə, Zaqatala, Səbael və Nəsimi kimi rayonların icra başçısı olub.
Biz də başa düşürük ki, icra başçısı olmağın “fakültəsi-zadı” yoxdur. Amma istənilən halda ixtisas məsələsi nəzərə alınmalıdır.
Uzun illər tərkibində yaşadığımız  sovet dönəmində  tarix fakültəsinə  “raykom”  fakültəsi deyirdilər. Amma bədən tərbiyəsinə isə el arasında “dombalaq” peşəsi deyilirdi. Yəqin fərqi hiss etdiniz.
Nə isə, bu məsələni də yıxaq keçid dövrünün  üzərinə.
Onu da qeyd edək ki, Asif Əsgərovun adı  mətbuatda ən çox oğlunun məsələsi ilə bağlı hallanıb.
Belə ki, bir neçə il əvvəl Asif  Əsgərovun “avtoş” oğlu  İlham Əsgərli  “Mercedes”  avtomobili ilə qəza törədərək 16 yaşlı gəncin ölümünə səbəb oldu.
Təsəvvür edirsiniz, qəza törədən, gəncin ölümünə səbəb olan İlham Əsgərlini məhkəmə “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə”  azad etdi.
Bax, bu yerdə cənab İlham Əliyevin  harınlamış məmur övladları ilə bağlı xəbərdarlığı  yada düşür.
Ancaq Asif Əsgərov kimi məmurlar Prezidentin dediklərini qulaqardına vururlar.
Bəli,  “avtoş” oğlunun hərəkətləri ilə Asif Əsgərov ölkə mətbuatının gündəmini, manşetini bəzədi.
Asif Əsgərov təkcə oğlu ilə gündəmə gəlməyib.
Cənab icra başçısının adı rəhbər olduğu rayonlarda yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə də bağlı hallandırılıb, hətta başçını  “yaşıl soyqrım”da ittiham ediblər.
İcra başçısı yaşıllıqları məhv edərək yerini bina tikənlərə, qaraj  sahiblərinə satırdı.
Dəfələrlə sakinlər bu ağac qırğınına  etiraz etsələr də icra başçısı etirazlara məhəl qoymurdu.
Ümumiyyətlə, icra başçısı Asif Əsgərovun ən biabırçı, rəzalət dolu fəaliyyəti  professorla olan yüzminlik rüşvət qalmaqalıdır.
Bəli, söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevlə icra başçısı Asif Əsgərov arasındakı 300 min rüşvətdən gedir.
Məlumat üçün qeyd edək ki, bütün sənədləri qaydada olan Rafiq Əliyevin Nəsimi rayonu ərazisində apardığı tikintinin hasarlarını icra başçısı sökdürmüşdü. Daha doğrusu, Asif  Əsgərov  20 nəfər cüdoçu-qoçunu əraziyə göndərmişdi.
Sabiq komitə sədri isə mətbuata müsahibə verərək açıq şəkildə bəyan etdi ki, icra başçısı ondan 300 min manat rüşvət istəyir. Bu hadisə başqa bir ölkədə olsaydı, icra başçısını dərhal həbs edərdilər.
Bunu anlayırsanmı, Asif Əsgərov ?
Onu da qeyd edək ki, söhbət 1 sot torpaqdan gedir. İndi hesablayın görün Asif  Əsgərov  Nəsimi rayonu ərazisndə  minlərlə sot torpaq satıb nə qədər qazanıb…
Bunlar Asif  Əsgərovun əmllərindən bircə “damcı”dır.
Asif Əsgərovun əməlləri barədə deputat Adil Əliyev də bir müddət  əvvəl   açıqlama vermişdi. Açıq şəkildə demişdi ki, rayon ərazisində obyektə qapı açmaq üçün icra başçısı  10 minlərlə rüşvət istəyir.
Buna nə deyirsiniz, cənab başçı ?
Bunu biz media mənsubları demirik e, parlamentin üzü, tanınmış deputat deyir…
Yeri gəlmişkən, Asif  Əsgərovun 1-ci  müavini  Gülarə Verdiyeva tikinti məsələlərində rayonda söz sahiblərindən biridir.
Bütün bunları yazaraq  Asif Əsgərova  içəridəki “kolleqa”larının  aqibətini yada salmaq istəyirik.
Asif müəllim, bir gün növbə sizə də çatacaq