“Netflix” daha bir türk serialı çəkirbackend

 

Dünyaca məşhur “Netflix” internet platforması üçüncü Türkiyə layihəsini həyata keçirir.
“Yeni Gündem” xəbər verir ki, şirkət “Hakan:Muhafız” və “Atiye”dən sonra yeni bir türk serialı çəkmək qərarına gəlib.

Sözügedən ekran işinin adı “50 metrekare”dir. Ssenaristi Burak Aksak, rejissoru Selçuk Aydemir olan layihədə yer alacaq aktyorların adı açıqlanıb.

“50 metrekare”nin baş qəhrəmanları aktrisa Aybüke Pusat və aktyor Engin Öztürkdür. Bundan əlavə, komediya janrında olan serialda “Survivor” yarışması ilə populyarlaşan Hasan Yalnızoğlu, Özgür Emre Yıldırım və Cengiz Bozkurt da rol alacaq.

13 bölüm və iki sezondan ibarət olacaq layihənin çəkilişləri bu ayın sonundan etibarən start götürəcək.