Niaqara şəlaləsi qismən donub.
“Yenigundem” “Report”a istinadən xəbər verir ki, Kanadada və ABŞ-ın şimal hissəsində qeydıə alınan güclü şaxtalar şəlalənin qismən donmasına səbəb olub.
İnformasiyaya əsasən, 2018-ci il yanvarın 1-də şəlalənin yerləşdiyi Kanadanın Ontario əyalətində 26 dərəcə tarixi şaxta qeydə alınıb. Adətən ilin bu vaxtlarında həmin bölgədə 0-7 dərəcə şaxta olur.