Nicat Həsənzadə: Sponsor axtarmaq yerinə iş görsələr…backend

“ Məsələ burasındadır ki, incəsənət sahəsinə addım atan bir çoxu Bismillah etməmiş, gözləri ilk addımlardan sponsor axtarmağa başlayır. Günümüzdə çiçəklənən Azərbaycanımızla yanaşı, gül açan Şou biznesimizdən də danışmasaq olmaz “

Bu günki müsahibimiz olan, Tonika Group Productionun direktoru, təşkilatçı – prodüser, Nicat Həsənzadədir.

Nicat bəy, Sizcə Şou Biznes kimlər üçündür ?

Əslində hər sahənin özünəməxsus gəliri var. Əvvəllər də sənətçilər böyük səhnələrdən böyük uğurlar, böyük pullar qazanıb, kiçik sənət nümayəndələrinə isə hər zaman bu sahədə təəssüf ki hansısa yollarla yer açılıb. Amma ki, o yerlər sadəcə çox kiçik bir kütləni əhatə etdiyi üçün xırda pullardan başqa gəliri olmayıb. İndiki günümüzdə də o kiçik müğənnilər var. Amma onlar özlərini daha yüksək səviyyəyə gətirmək üçün sənətlə yox, sponsorla daha çox məşqul olmağı üstün görürlər.

Alınır bəs bu onlarda ?

Bu gün çoxu, qarşısındakına ya pul kimi, ya da başqa məqsədlərlə istifadə edəcəyi biri kimi baxır. Məsələ də burasındadır ki, incəsənət sahəsinə addım atan bir çoxu Bismillah etməmiş, gözləri ilk addımlardan sponsor axtarmağa başlayır.

Öz zəhmətləri ilə Şou Biznesə gələnlər bəs?

Əslində hər kəsə dəstək olur. Bu, bəzən müəllimlər, bəzən düzgün vaxtda qarşınıza çıxan düzgün insanlar tərəfindən olur. Amma ki, şans insana 1 dəfə verilir. Əgər o şansla bərabər sənin sənətin də varsa heç bir zaman unudulmayacaqsan. Əgər bir sənətçi, bir mahnıdan sonra dərhal gözləri kimisə axtarırsa, o elə axtara axtara da unudulacaq. Sənətçi, sırf sənətilə məşğul olmalıdır. Qalan məsələləri isə peşəkarlara həvalə etmək lazımdır.

Hər müğənninin ən azı 1 prodüseri var ! Bu bəs etmir Sizcə ?

Bəzi müğənnilər özünə əslində prodüseri sadəcə görünüş və bəzi şəxsi istəklərini daha tez etmək üçün, yəni bir növ köməkçi kimi istifadə etmək üçün tutur. Məvacib az, tələblər isə fərqli… Tək prodüserdən bütün işi gözləmək və ya az maaşla çox iş görəcəyini düşünmək həqiqətən gülüncdür. Çünki müğənninin işi bir mahnını ortaya çıxarmaqdırsa, prodüserin işi o mahnını düzgün kütləyə çatdıraraq, qısa bir zamanda öz dinləyici kütləsini yığmaqdır. Bunun üçün isə televiziya və radiodan başqa, müəyyən sosial şəbəkə reklamları, ( düzgün qurulmuş sistemdən söhbət gedir əlbəttə ki, 1 dollara qoyulan hər tip adamdan ibarət kütlə nəzərdə tutulmur) istifadəsi çox olan musiqi portalları, və düzgün “hastaglardan” axtarış sözlərindən ibarət paylaşılan youtube paylaşımları nəzərdə tutulur. Bunlar isə hər biri ayrılıqda müəyyən bir fəaliyyət növünü əhatə edir. Daha gözəl olardı ki, yeni başlayanlar müəyyən prodüsserlik mərkəzləri ilə əlaqə saxlayıb, çalışsınlar. Çünki bir çox Produserlik mərkəzləri ( Productionlar) böyük bir heyətlə çalışır ki, bu qeyd etdiylərim bəndlərin hamısını özündə professional səviyyədə cəmləşdirir.

Tonika Group bu işlə məşqul olur mu ?

Əlbəttə ki, bizim komandamızda həm düzgün marketinq işinin aparılması üçün mütəxəssislər, həm səsyazma studioları, həm də çəkim heyətimiz var ki, bir müğənni, bir sənət adamı üçün bütün rahatlığı yaradır.

Yekun olaraq oxucularımıza deyəcəyiniz başqa nələrsə var mı ?

İlk öncə bu müsahibə üçün sizə təşəkkürlərimi bildirirəm. Məsləhətim ondan ibarətdir ki, bir işə pul xərcləməmişdən öncə professionallardan məsləhət alsınlar. Hər sahədə bir işi daha ucuza edən mütləq kimlərsə tapılır. Amma ki, yüksək məbləğ, yüksək keyfiyyət olmadığı kimi, aşağı məbləğ də, aşağı keyfiyyət deyildir. Məsləhəti ilk öncə özləri üçün alsınlar ki, bu sənətə nə dərəcədə uyğundurlar, daha sonra isə çalışacaqları insanların gördükləri işlər barədə araşdırma aparsınlar. Dünən, bu gün tək instaqram vasitəsilə məhşurlaşan insanlarda var ki, onların ulduzu yeni bir mahnı çıxana qədər parlayır. Bunun üçün də özlərini tək atımlıq barut kimi istifadə etməsinlər.

İş çevirmək yox, iş görmək lazımdır… (gülür)
– Təşəkkür edirik !

Təbriz Məhərrəmoğlu