Nigar Məmmədova qəbul keçirdibackend

Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan millət vəkili qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşüb, onların müraciət və təkliflərini dinləyib.

“Yeni Gundem” xəbər verir ki, deputat Nigar Məmmədova 18 dekabr tarixində Xırdalan şəhərində yerləşən YAP Abşeron rayon təşkilatında vətəndaşların qəbulunu keçirib.

Bir neçə məsələ yerindəcə həllini tapıb. Digər məsələlər isə həll olunması üçün qeydiyyata alınıb.

Vətəndaşlarla növbəti görüşümüz növbəti ilin 7 yanvar tarixində YAP Abşeron rayon təşkilatında olacaq.