Nigar Məmmərova əmək və sosial siyasət komitəsinin iclasındakı qanun layihələrinin əhəmiyyətinə dair çıxış etdibackend

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.

“Yeni Gundem”in məlumatına görə, deputat Nigar Məmmərova əmək və sosial siyasət komitəsinin iclasındakı qanun layihələrinin əhəmiyyətinə dair çıxış edib:

Ötən ay BMT-nin nüfuzlu iqlim konfransı – COP29-a uğurla ev sahibliyi edən Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsini davam etdirir. Ətraf mühitin mühafizəsində rəqəmsal strategiyalar da əlverişli imkanlar yaradır. Bunun üçün texnologiya və səmərəlilik prinsiplərinin uğurlu vəhdətini tətbiq etmək vacibdir. Bu gün müzakirə etdiyimiz qanun layihələri əslində ölkəmizdə uğurlu rəqəmsal strategiyanın yaratdığı imkanlardan irəli gəlir. Belə ki, məhz rəqəmsal sənəd dövriyyəsi qurumlarda sənəd mübadiləsinin real vaxt rejimində və təhlükəsiz formada aparılmasını təmin edir. Bu inteqrasiya eyni zamanda əməliyyat səmərəliliyini artıraraq kağızdan istifadəni minimuma endirmək məqsədi daşıyır ki, bu da ekoloji balansın qorunmasına əlavə töhfədir…