Pop ulduz Niki Minaj “Queen” adlı dördüncü albomunu təqdim edib.
“Yenigundem” xarici KİV-ə istinadən xəbər verir ki, diskdə Eminem, Lil Ueyn, Ariano Qrande, The Weeknd, Future bəstələri yer alıb. 19 mahnının daxil olduğu albom üz qabığı ilə səs-küy yaradıb. Minaj yarıçılpaq fotosu ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.
Müğənni albomu avqustun 15-də təqdim etməyi planlaşdırsa da, tarixi geri çəkib və 10-da diski sevənlərinin ixtiyarına verib.