Növbəti həkim qurbanı- “Medilife” klinikasında Ləman Xasıyevanın əməliyyatı ölümlə nəticələndibackend

Bakıda klinikalardan birində ölüm hadisəsi baş verib.

Foto: Medilife klinika, tibb mərkəzi, klinika, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi, 16 — Yandex Maps

“Yeni Gundem” Musavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlu yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib. Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub.

Ekran şəkli 2025-01-27 154340.png (114 KB)

Mərhum Ceyhun Süleymanov

“Stimul” klinikasında narkoz həkimi olmadığı üçün onu “Medilife” klinikasına yönləndiriblər.

“Medilife” klinikasında həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı ailəsinə dəqiq məlumat verilmir. İlkin məlumat olaraq bildirilib ki, mərhumun təzyiqi qalxıb. Mərhum ailəli olub, 2 övladı var idi.

 

Нет описания фото.

Həkim Ləman Xasıyeva

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

Məsələ ilə bağlı klinika ilə əlaqə saxladıq. Klinikadan bildirildi ki, hazırda suallarımıza cavabverəcək məsul şəxs yoxdur. Həkim Ləman Xasayeva əməkdaşımıza məsələ ilə bağlı açılama verməkdən imtina etdi.