“Növbəti mərhələ erməni separatçılarının ölkəmizdən çıxarılmasıdır” – DEPUTATbackend

Bildiyiniz kimi, Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında növbəti möhtəşəm bir qələbəyə imza atıb.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.

Millət vəkili açıqlayıb ki, Azərbaycan ordusunun qələbəyə bərabər olan Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsini qurması, çox qürurverici və çox böyük tarixi-siyasi əhəmiyətə malik hadisədir.

“Bu qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsində mümkün olub. Belə ki, ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu möhtəşəm hadisə müasir Azərbaycan tarixinin çoxəsrlik səhifəsinə yeni bir  qəhrəmanlıq tarixi kimi yazıldı. Azərbaycan ordusunun qələbəyə bərabər olan Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsini qurması, çox qürurverici və  çox böyük tarixi-siyasi əhəmiyətə malik hadisədir. Biz artıq öz ərazilərimizə nəzarət edirik və heç bir qüvvə bizi qalibiyyətə gedən yoldan döndərə bilməz! Cənab Prezident 10 noyabr 2020-ci il Üçtərəfli sülh bəyanatından sonra işğal altında olan torpaqlarımızın azad olunmasına və mübahisəli ərazilərimizin məsələsinə diplomatik müstəvidə apardığı ciddi fəaliyyət nəticəsində həllinə nail olmaqdadır”.

Ü.Həmzəyeva qeyd etdi ki, Azərbaycanın qəhrəman ordusu  tezliklə torpaqlarımızı həm separatçı-terrorçulardan, həm də Qarabağda  yaşayan Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan erməniləri bu separatçıların girovluğundan azad edib, rahat həyat yaşamalarını təmin edəcək. 

“Ali Baş Komandan cənab İlham Əliyevin dediyi sözlər yada düşür: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bəli, biz Prezidentimizin yürütdüyü uzaqgörən siyasəti ilə Azərbaycanın 100 ildən artıq müddətdə üzləşdiyi ərazi problemlərinin addım-addım həllinin tapılmasının şahidiyik və öz Prezidentimizə, yürütdüyü siyasətə arxalanır və güvənirik. Növbəti mərhələ rus  sülhməramlılarının müvvəqəti nəzarətində olan Azərbaycan ərazilərindəki separatçı-terrorçularının və qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilərək ölkəmizdən çıxarılmasıdır!Ölkə Rəhbərinin də bəyan etdiyi kimi, ermənilər Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da ki, bu torpaqlardan çıxıb gedəcəklər. Başqa alternativi yoxdur!”,- deyə deputat fikrini yekunlaşdırdı.

Fərahim Rəhimov