Novruzə Adilova vəfat etdi – FOTObackend

Bakı Dövlət Universitetinin dosenti vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Novruzə Adilova vəfat edib.

N.Adilova 1959-cu il martın 20-də Ağdaş rayonunda anadan olub. O, Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib, 1988-1991-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan N.Adilova 2017-ci ildən BDU-nun Dünya iqtisadiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərib. O, sahibkarlıq fəaliyyəti, kiçik və orta müəssisələrin stimullaşdırıcı amilləri sahəsində tədqiqatlar aparıb, “Beynəlxalq valyuta-kredit münasibətləri”, “Beynəlxalq investisiyalar” və “Azərbaycanın xarici iqtisadi əlaqələri” fənlərini tədris edib.

Allah rəhmət eləsin!