“Nur” klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirirbackend

Ölkə mətbuatında  “Nur-Klinika” MMC haqqında gedən yazılara münasibət.

Qeyd edərək bildrimək istərdim ki, “Nur-Klinika” MMC Tovuz rayonunda yerləşərək müasir tibb tələblərə cavab verən səhiyyə ocağıdır. Yerli mətbuatda klinikamıza qarşı xoşəgəlməz hallar baş verir. Nüfüzumuza xələl gətirən materiallar və fotolar dərc olunaraq bizim işgüzar və əhalinin sağlamlığı keşiyində fəaliyyətimizə zərər verir.

Belə ki, klinikanın sosial hesabında 2022-ci ildə səriştəsiz əməkdaş tərəfindən paylaşılan foto artıq hesabdan silinmiş və əməkdaş işdən kənarlaşdırlmışdır.  Klinikada etik qaydalara pasiyentlərə xoş rəftar və şəxsi məlumatların yayımlanmasına yol verilmir.

Bu halların qarşısı alınması məqsədili ilə klinikada çalışan təcrübəli həkimlərlə və xidməti personal məlumatlandırılmışdır.

Qeyd etmək istərdik ki, Klinikamız bölgədə müasir standartalara cavab verən  tibbi təchizatla fəaliyyət göstərir və əhalinin sağlamlığı keşiyində duraraq bütün müasir tibbi tədbirlər həyata keçirir.

Bildirmək istərdik ki, klinika mütəmadi dövlət vergi ödənişlərini edir və yüksək tibbi xidmət göstərən həkimlər həmçinin tibbi personalla və digər əməkdaşlarla əmək müqaviləsi bağlanıb.

Həmçinin bildirmək istərdik ki, bölgədə yaşayan şəhid və qazi ailələri klinikamıza müraciət etdikdə onlara təmənnasız yüksək tibbi xidmət göstərilir.

Bu xoşəgəlməz hadisəyə görə cəmiyyətimizdə səhiyyəmizə olan inam sarsılmayacaq  və bölgədə pasiyentlərimizə yüksək tibb xidmət göstərəcəyimiz davam edəcək.

 

“Nur-Klinika” MMC-ın qanuni təmsilçisi Müşfiq Hüseynov