Nura bu klipini iki dəfə çəkdiribbackend

Müğənni Nura Suri “Düşünürdüm” adlı mahnısını ekranlaşdırıb.

“Yeni Gündəm” xəbər verir ki, mahnının ekran həlli Hüseyn Qəribova həvalə edilib. Bəstənin müəllifi Buzzzdur (Mahmud).

Nura bildirib ki, klip üçün iki dəfə kamera qarşısına keçməli olub. Belə ki, birinci çəkilişdə texniki problem yaranıb və kadrlar məhv olub. Sənətçi məcbur başqa bir rejissorla çalışıb.