“Bugün Ümummilli Lider Heydər Əliyevin anım günüdür. O, yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixində və yaddaşında dərin izlər buraxmış böyük liderdir”.
“Yeni Gundem” xəbər verir ki, bunları “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib. O bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirən, ölkəmizi beynəlxalq arenada tanıdan və milli dəyərlərimizi qoruyub gələcək nəsillərə ötürən bir dövlət adamı idi:
“Onun “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri hər birimizin qəlbində qürur hissi yaradır və milli ruhumuzu daha da gücləndirir. Bu gün onu dərin ehtiramla yad edir, xatirəsini əziz tuturuq. Heydər Əliyevin ideyaları və vəsiyyətləri hər birimiz üçün yol xəritəsidir və bu yolu gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Heydər Əliyevlə şəxsən tanış olmaq mənə də nəsib olub. Buna görə özümü çox şanslı sayıram. Ulu Öndərin vətəni Azərbaycanı necə ülvi məhəbbətlə sevdiyini çox yaxşı bilirəm, bunun canlı şahidi olmuşam”.
Mübariz Mənsimov, “Hər zaman demişəm, deyirəm və deyəcəm: “Mən Heydər Əliyenin əsgəriyəm”.
Allah rəhmət eləsin! Daim qəlbimizdəsən, Böyük Lider! Böyük Azərbaycanlı!”,-deyə fikirlərini tamamlayıb.