“Maşın” realiti-şousunun “Maskarad” buraxılışının növbəti səsverməsi keçirilib.
“Yeni Gundem” xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Ramal İsrafilov ilə aparıcı-aktrisa Zümrüd Qasımova olub. Hər iki iştirakçının eyni sayda fotosu atıldığı üçün xalq səsverməsi hesablanıb. Z. Qasımovaya ən az səs gəldiyi üçün hədəf o olub.
O, sonda 48,03 faiz səs toplayaraq, şounu tərk edib.