“O qədər küsmüşük… 13 ildir bir yerdəyik. O qədər küsüb atası evinə gedib”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov “Rəngarəng səhər” proqramında deyib. Xanımı Təranədən danışan ifaçı aralarında yaşanan küsülülükdən bəhs edib.
“Əvvəl daha dəli-dolu idim. O da küsürdü, bir həftə dayanırdım. İkinci həftə deyirdim, yox nəsə çatmır. Elə olub ki, ona mahnı həsr edib, barışmışam” deyə, Kərim əlavə edib