“O, saçımı sığallayırdı, gördüm atam gəlir onu vurdum”backend

Müğənni Xatirə İslam uşaq yaşında getdiyi bağçasına yollanıb. “Yeni Gundem” axşam.az-a istinadən xəbər verir ki, həmin görüntüləri instaqram izləyiciləri ilə bölüşüb. İfaçı uşaqlıq xatirələrindən bəhs edib:

“7 saylı uşaq bağçasında olmuşam. Milla adlı müəllimim var idi. Bir dəfə atam əlində tort gəlirdi. Müəllim də saçımı sığallayırdı, atamı görüb onu vurdum. Niyə etdim bilmirəm. Yəqin başa düşmürdüm. Buranı abadlaşdırardım, təmir etdirərdim. Bağçada körpələr olur. Onda hər şey maraqlı idi. İndi də maraqlıdır. Amma o vaxt daha da maraqlı idi. Hamımız saf, təmiz, gözəl şeylər düşünürdük. Əslində çox kövrəldim, anam yanımda idi, ona görə ağlamadım. Tək olsaydım 1 saat ağlayacaqdım”.