“O Ses Çocuklar” mahnı yarışmasının iştirakçısı olmuş Nazar Nur Kaya ölüb.
“Yenigundem” xəbər verir ki, azyaşlı mədəsində olan problemə görə xəstəxanaya çatdırılıb. 6 gün reanimasiyada qalan Nazar Nur Kaya bu gün vəfat edib.
Məsələ burasındadır ki, azyaşlı xəstəxanaya aparılan zaman tibb bacısı ona səhv iynə vurub. Tibb bacısının səhlənkəranlığı balaca ifaçının ölümü ilə nəticələnib.
Qeyd edək ki, layihə rəhbəri Acun Ilıcalı, jürilərdən Hadisə və Murad Boz Nazarın vəfatı ilə bağlı paylaşım edib.