“O, təhsilini 10-cu sinifdə yarımçıq dayandırıb”backend

Səhər saatlarında Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qabağında insident baş verib. Kənar şəxs məktəbə daxil ola bilmədikdə geri qayıdarkən məktənin şagirdi olan Rəhimov Raul Bəxtiyar oğlu ilə aralarında mübahisə yaranıb.

Bunu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov deyib.

Onun sözlərinə görə, nəticədə həmin şəxs şagirdə bıçaq zərbəsi vurub:

“Hadisədən sonra dərhal təcili tibbi yardım çağırılaraq şagird xəstəxanaya çatdırılıb. Lakin şagirdin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisəni törədən şəxs əvvəllər məktəbin şagirdi olub. Lakin valideynin ərizəsi ilə şagird kontingentindən çıxarılıb. O, hazırda məktəbdə təhsil almır. Bizdə olan məlumata görə, hadisə məktəbin qarşısında olub”./APA