“OBA Market”in pulunu mənimsəyən administratoruna elektron qolbaq taxıldıbackend

Ağdam Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Zaman Qarayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, Zaman Qarayev 2021-2022-ci illərdə “OBA Market” MMC-nin Bərdə rayon Şirvanlı kəndi ərazisində yerləşən “OBA Bərdə-14” və Ağdam rayon Dördyol-1 qəsəbəsi ərazisində yerləşən “OBA Ağdam-4” filialında administrator vəzifəsində çalışıb. O, işlədiyi müddətdə sözügedən mağazalardan 15 490 manat məbləğində ona etibar edilmiş əmlakı mənimsəyib. Zaman Qarayev istintaq dövründə şirkətə dəymiş ziyanı ödəyib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü (mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.