“Oba” market məhkəməyə verildibackend

“Oba” marketlə müqavilə bağlayanların narazılığı artır. Daha bir nəfər marketlə bağlanan müqavilənin ləğv edilməsini tələb edir.

“Yeni Gundem” xəbər verir ki, bu məqsədlə Gülməmməd-zadə Nicat Vüqar oğlu “Oba” marketlə bağlı iddia qaldırıb. İddiaçı marketlə arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir.

Bakı Apellyasiya Məhkəməsində olan işə 9 iyul tarixində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.