“OBA” marketin müdiri suçiçəyi xəstəliyinə yoluxub – AMMA işinin başındadır  – AÇIQLAMAbackend

5 iyun 2024-cü il tarixində Qaynar xəttimizə müraciət edilərək Səbail rayonun “Jurnalistlər binası”nın həyətində yerləşən mağazamızda mağaza müdirinin suçiçəyi olduğu və bu halda işə gəlməsi ilə bağlı şikayət daxil oldu. Şikayət əsasında bölgə müdiri tərəfindən məlumat dəqiqləşdirilib və əməkdaş dərhal evə göndərilib.

Bu barədə “Yeni Gundem”-ə “OBA” marketlər şəbəkəsindən göndərilən açıqlamada deyilir.

Bundan sonra mağazada təmizlik və dezinfeksiya işləri aparılıb.

“OBA” marketlər şəbəkəsi olaraq xalqımıza hər cəhətdən arxayın alış-veriş edə biləcəkləri mühit yaratmaq bizim üçün prioritetdir. Yaranmış vəziyyətlə bağlı erkən tədbir görməyimiz üçün bizə xəbərdarlıq edən vətəndaşımıza təşəkkür edirik.