“OBA” marketin müdiri suçiçəyi xəstəliyinə yoluxub – AMMA işinin başındadırbackend

Bildiyimiz kimi ən təhlükəli yoluxucu xəstəliklərdən biri də suçiçəyidir. Hava-damcı yolu ilə keçən bu xəstəlik əsasən uşaq infeksion xəstəlikləri qrupuna daxildir. Uşaqlar arasında geniş yayılan suçiçəyinə böyüklər də rahatlıqla yoluxa bilər.

Bugünlərdə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Səbail rayonu, Jurnalistlər binasının həyətində fəaliyyət göstərən “OBA” marketin müdiri suçiçəyi virusuna yoluxub. O, bu xəstəliyə yoluxduğu halda iş – əmək fəaliyyətinə davam edir. Şikayət məktubunda qeyd olunur ki, binada yaşayanların əksəriyyəti gənc ailələrdir.

Hər gün adıçəkilən mağazaya yüzlərlə şəxs daxil olur. Mağaza müdirinin səhlənkarlığı ucbatından bu xəstəliyə yoluxma riski artır desək yanılmarıq. Qeyd edək ki, suçiçəyi keçirən xəstələrlə təmas edilməməlidi, bundan əlavə bu xəstəliyi keçirən adam ilk 72 saat ərzində peyvənd etdirsə xəstəlikdən qoruya bilər. Lakin biz haqqında danışdığımız mağaza müdirinin peyvənd olmasından da xəbərdar deyilik. Amma məlumat verənlər qeyd edib ki, mağaza müdirinin üzündə və əllərində böyük qırmızı səpgilər olub.

“Yeni Gundem” vasitəsilə “OBA” mağazalar şəbəkəsinin rəhbərliyinə elə də aidiyyatı qurumlardan xahiş edirik ki, bu cür xəstəlik keçirən adamların cəmiyyət arasında görünməsinə şərait yaratmasınlar.

Yenigundem.az