“Odlar Yurdu – 2018” Milli Mükafatı sahiblərinə təqdim olundubackend

“Tonika Group”un təşkilatçılığı ilə 24 Fevral 2019-cu il tarixində “Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında” “Odlar Yurdu Milli Mükafatı – 2018″in qala gecəsi təşkil olundu.

“Yenigundem” xəbər verir ki,tədbirin qala gecəsində, 2018-ci ilin yekun nəticələrinə uyğun olaraq, Millət vəkillərinin, Nazirliklərin, Mədəniyyət və İncəsənət xadimlərinin, Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin mükafatlandırma mərasimi baş tutub. Mükafat, təşkilat komitəsinin araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunub.“Tonika Group”un təsisçi-direktoru Nicat Həsənzadənin mediaya açıqladığı məlumata əsasən, productionun illik fəaliyyət planında bir çox layihələrin yer almasına baxmayaraq, “Odlar Yurdu Milli Mükafatlandırması” artıq sayca 3-cü dəfə və hər ilin yekun nəticələrinə əsasən, növbəti ilin ilk aylarında da təşkil olunacaq.

Məlumat üçün qeyd edək ki, növbəti mükafatlandırma mərasiminin, 2020-ci ilin yanvar-fevral aylarında, 2019-ci ilin yekun nəticələrinə əsasən təşkil olunması planlaşdırılıb.

Tədbirdən olan foto görüntüləri sizlərə təqdim edirik !