“Tonika Group”un təşkilatçılığı ilə 16 mart 2020-ci il tarixində “Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında” “Odlar Yurdu-2019” Milli Mükafatının təqdimetmə mərasimi baş tutacaq.
Təşkilat komitəsindən “Yeni Gündəm” -e verilən xəbərə görə, tədbirdə 2019-ci ilin yekun nəticələrinə uyğun olaraq öz uğurlu fəaliyyətləri ilə həmkarlarından fərqlənən millət vəkillərinə, KİV nümayəndələrinə, iş adamlarına, mədəniyyət xadimlərinə, biznes qurumlarına, idmançılara, televizyalara, internet saytlara, radiolara, aparıcılara, jurnalistlərə, aktyorlara, aktrisalara, modelyerlərə və s. təqdim olunacaq.