Öldüyü deyilən Əməkdar artist efirə zəng etdibackend

Ölüm xəbəri yayılan Əməkdar artist Kifayət Gəncəli “Elgizlə izlə” verilişinə zəng edib.

Müğənni səhhətinin yaxşı olduğunu bildirib.

“Mənim üçün narahat olanlar sağ olsun. Ömrümüz 80,90 il olsun. Mən hələ konsertə hazırlaşıram, yaxşıyam” deyə, K.Gəncəli bildirib.

Qeyd edək ki, Elgiz Əməkdar artist Qorxmaz Əlilinin efirdə K.Gəncəlinin vəfat etdiyini dediyini bildirib.