Ölkəmizdə kütləvi VİRUSLAR YAYILDI – Yalnız bu şəkildə QORUNA BİLƏRSİZ!backend

Son vaxtlar ölkə ərazisində kəskin virus infeksiyaları yayılıb.

Əhali arasında boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb. Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur.

Yayılan xəstəliyi COVID-19 virusunun yeni variantları ilə əlaqələndirməyə əsas varmı?

Bu sualı professor Adil Qeybulla Referans.az-a açıqlamasında cavablandırıb.

“Əvvəla qeyd edim ki, Avropanın özündə SARS-2 virusunun “Omicron” ştammının müxtəlif mutasiya variantları ilə yoluxmalar çoxluq təşkil edir. Yəni korona xəstələrindən söhbət gedir. Sadəcə olaraq hazırki mutasiya olunmuş virus olduqca yoluxucudur, lakin öldürücülük xüsusiyyəti xeyli aşağıdır. İnsanlar artıq bununla barışıb, sadəcə çox ağır olduqda həkimə müraciət edirlər. Bununla yanaşı ilin bu fəslində daim virus infeksiyaları, qrip, koronavirusun əvvəlki 4 forması və s. aktiv olur. Digər tərəfdən qızılcanın özü də elə formada peyda olub ki, bu gün kütləvi formada yayılıb və ölümlərə də səbəb olub”.

Professor bildirib ki, Azərbaycan qloballaşan dünyada yerləşir və Avropadan, İngiltərədən, başqa ölkələrdən ölkəyə təyyarə və ya başqa minik vasitələrlə gələn xəstə şəxslər daxil olur ki, bu da yoluxmaların sayını artırır.

“Biz birinci növbədə karantin qaydalarını gözləməliyik. Şəxsi gigiyena qaydalarına əməl etmək viruslardan qorunmağın əsas yoludur. Xəstələnən şəxs mütləq yataq rejimində olmalı, vaxtında və düzgün şəkildə müalicə olunmalıdır. Yoluxduğumuz xəstəliyi ayaqüstə keçirmək qətiyyən məqsədəuyğun deyil. Çox vaxt xəstəliyə biganə yanaşmağımız ucbatından müəyyən aöırlaşmalar baş verə bilər ki, bu ağırlaşmalar da ölümlə nəticələnə bilər”.

Fidan Vəlisoy