Azərbaycandakı Türkiyə vətəndaşları səs verirbackend

Prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi bu gün yerli vaxtla saat 9:00-da səsverməyə açılıb.

“Yeni Gundem” xəbər verir ki, səsvermə üçün Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi fəaliyyət göstərir.

Bakıda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə gələrək öz namizədlərinə səs verirlər

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın martın 10-da imzaladığı sərəncama əsasən, Türkiyədə seçkilər mayın 14-də keçiriləcək. Ehtiyac yarandığı halda, seçkilərin ikinci turunun mayın 28-də keçirilməsi planlaşdırılır.

Prezident seçkiləri parlament seçkiləri ilə eyni gündə keçiriləcək.

Fərahim