“Ölkəmizin Çin üçün böyük əhəmiyyəti var” – ŞƏRHbackend

Şanxay Əməkdaşlıq Təşkilatı regional birlik olaraq ,həmdə Rusiya və Çin kimi böyük gücləri birləşdirir . Təşkilatda Pakistan və Hindistanında yer alması ,təşkilatın regional ambisiyalarından xəbər verir .

Bu sözləri “Yeni Gundem”—ə Politoloq İlyas Hüseynov  Prezidentin Səmərqənd səfərini şərh edərkən bildirib.


O eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatının sammitindəndə danışdı.

“Azərbaycan üçün bu təşkilatda iştrak etmək, həmdə tərəfdaşlarının sayını çoxaltmaq, həmdəki regionda baş verən proseslər fonunda ölkəmizə sərmayə cəlb etmək imkanlarını genişləndirir. Cənab Prezident İlham Əliyevdə Səmərqənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılmışdır. Eyni zamanda regionda güclü nüfuzu olan Rusiya-Türkiyə liderləri də sammitdə iştirak edirdi. Şanxay Əməkdaşlıq Təşkilatı qərblə-şərq arasında iqtisadi – siyasi humanitar bağların dahada gücləndirilməsi istiqamətində önəmli geosiyasi aktora çevirilməkdədir.

Azərbaycan Zəngəzur dəhlizi kontekstində bu məsələlərdə fəal rol oynayır.

İlyas Hüseynov həmçinin Prezidentin Çin lideri ilə görüşündəndə bəhs etdi.

”Cənab Prezident İlham Əliyevin Çin lideri ilə görüşüdə müstəsna əhəmiyyətə malikdir. Çin bu gün dünyada siyasi – iqtisadi nöqteyi nəzərdən mühüm dövlətə çevrilib.

Dünyada liderlik uğurunda mübarizə aparır. Çinin əsas geosiyasi baxışları, konsepsiyası iqtisadiyyat üzərində qurulur. Çinin çox dərin məzmun daşıyan bir kəmər, bir yol lahiyəsi Şərqlə Qərb arasında olan əlaqələrin daha da intensivləşməsinə yönəlib. Bu baxımdan ölkəmizin Çin üçün böyük əhəmiyyəti var.”

Fərahim RƏHİMOV

Yenigundem.az