“Ölkəmizin daxilində baş verən məsələlər dövlətimizin qayda qanunları ilə həll oluna bilər” – Fatma Yıldırımbackend

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağdakı erməni sakinlərimizə 40 tondan ibarət humanitar yardım aparılması çox doğru addımdır. Bu yardım Ağdam – Xankəndi yolu yolu vasitəsilə göndərilib. Lakin Qarabağdakı erməni separatçılarının bu humanitar yardımla bağlı mövqeyi qəbulolunmazdır.

Bu fikirləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, əgər həqiqətən də, Qarabağ erməniləri hansısa” böhran ” yaşayırsa, həmin yardımı qəbul etməlidir. Amma biz görürük ki, separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu xeyirxah addımını çox aqressiv qarşılayırlar. Əgər Qarabağ erməniləri iddia olunduğu kimi sosial cəhətdən əziyyət çəkirsə, onlara humanitar yardımın hansı yolla göndərilməsinin fərqi olmamalıdır. Lakin bu hadisələr göstərir ki, Ermənistan və havadarları, eləcə də Qarabağ separatçıları siyasi manipulyasiya edir. Məqsəd beynəlxalq müstəvidə Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq və ölkəmizə təzyiq etməkdir.

Milli vəkilinin sözlərinə görə, Qarabağ Azərbaycan torpağıdır və bu ərazidə yaşayanlar bizim vətəndaşlarımızdır. Ölkəmizin daxilində baş verən məsələlər məhz dövlətimizin qayda qanunları ilə həll oluna bilər. Heç bir dövlət bizim daxili işlərimizə qarışmamalıdır. Azərbaycan dövləti öz təhlükəsizliyini və suverenliyini qorumaq gücündədir. Separatçıların Ağdam Xankəndi yolu ilə göndərilən humanitar yardımı qəbul etmək istəməməsi isə bir daha sübut edir ki, Qarabağ bölgəsində hər hansı aclıqdan söhbət gedə bilməz. Bu yardımdan imtina etməklə, Qarabağ erməniləri öz yalanlarını ifşa edirlər.

Fərahim

Yenigundem.az