1 sentyabr 2024-cü il tarixində keçiriləcək 7-ci çağırış Milli Məclisə növbədənkənar seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsinə deputatlığa namizədliyi Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürülən iqtisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) haqqında Strateji.az saytı olaraq ölkəmizin tanınmış media qurumlarının rəhbərlərindən fikirlərini öyrəndik.
Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət bildirib ki, mən Elşən bəyi dəstəkləyirəm. Hesab edirəm ki, o uğurlu bir iş adamı olduğu kimi seçildiyi dairədən də seçicilərinə böyük faydası ola bilər. Elşən bəy gəncdir. Onun çox maraqlı idealarının olacağına inanıram. Mən Elşən bəyi və onun kimi bütün gənclərin namizədliyini dəstəkləyirəm.
Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov isə qeyd edib ki, birinci insanın özünə baxmaq lazımdır. Elşən Gəncəvi cavandır, perspektivi var. Hiss olunur ki, cəmiyyətin içindən çıxmış bir insan kimi cəmiyyətimizdə olan müsbət məqamlarla yanaşı insanların problemlərinə də bələddir. Bilirsiz deputat sosial-məişət problemləri həll etmir. Ancaq Elşən Gəncəvinin savadı, dünya görüşü və perspektivi həmin problemləri aidiyyatı qurumlara çatdırmaq imkanına malik olduğunu göstərir. Mən Elşən Gəncəviyə bu seçkidə uğurlar arzu edirəm.
Strateji.az saytının baş redaktoru Nəzərbəy Hacıağayev isə bildirib ki, Elşən Gəncəvi bir iş adamı kimi orta sahibkarların və orta sahibkarlığa aid bütün problemləri dərindən bilir. Biz bilirik ki, bir ölkənin iqtisadiyyatının inkişafı orta təbəqənin və orta sahibkarlığın inkişafından aslıdır. Hətta deyərdim ki, orta sahibkarlıq iqtisadiyyatın onurğa sütununu təşkil edir. İnanıram ki, Elşən Gəncəvi bu sahənin inkişafı üçün mühüm qanun layihələri irəli sürəcək. Bundan əlavə onun media ilə sıx əlaqələrini nəzərə alsaq, Azərbaycan Mediasının inkişafı üçün də qanun layihələri hazırlayaraq parlamentə təqdim edəcəyini gözləyirəm. Məhz bütün bunların fonunda ondan gözləntilər böyükdür və ona uğurlar arzu edirəm. İnanıram ki, Elşən Gəncəvi bu seçkilərdə uğur qazanacaq, sadalanan problemlərin həllinə çalışacaq.
Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli isə bildirib ki, bu gün bütün sahələrdə olduğu kimi parlamentdə navator gənclərə ehtiyac var. Elşən Gəncəvi iş adamı kimi böyük uğurlara nail olub. Onun bu uğurları cəmiyyətin diqqətindən heç vaxt yayınmayıb. Bildirmək istəyirəm ki, sahəsindəki uğurlarına görə bir sıra mükafatlarla təltif olunub. Bu mükafatlar ona sıradan qurumlar və şəxslər tərəfindən təqdim olunmayıb. Bunun özü belə Elşən Gəncəvinin nə qədər perspektivli şəxs olduğunun göstəricisidir. Hesab edirəm ki, Elşən bəy kimi şəxslər bu seçkilərdə uğur qazanmağa layiqdir.
Elşən Gəncəvini uzun müddətdir tanıyıram. Bu sözləri açıqlamasında Qanunla.az saytının baş redaktoru Vüqar Rəhimov deyib. O bildirib ki, Elşən Gəncəvi cox mədəni, dürüst bir insandır. Münasibətdə çox səmimidir. Mən indiyədək onun kobud bir söz işlətdiyini görməmişəm. Böyüklə böyükdür, kiçiklə kiçik. Mən istəyirəm ki, o millət vəkili seçilsin. O, millətin qayğısına qala bilər. Ümumiyyətlə, qanunvericilik orqanı elə bir orqandır ki, millət vəkilləri hazırladıqları qanunla millətə və dövlətə xeyir verməlidir. Ancaq bizim bəzi “millət vəkillər”imiz bunu etmir. Millət vəkili millətin vəkili olmalıdır. İnanıram ki, Elşən Gəncəvi parlamentə seçildiyi təqdirdə millətin və dövlətin xeyrinə olacaq qanunlar irəli sürəcək.
Elşən Gəncəvi çox layiqli namizəddir. Bu sözləri açıqlamasında Operativ24.az saytının baş redaktoru Ağa Dadaşzadə bildirib. Onun həmkarları arasında, xalq arasında, media nümayəndələri arasında böyük nüfuza sahib olması onun layiqli namizəd olmasının göstəricisidir. İnanıram ki, layiqli namizəd olduğu kimi də millət vəkili kimi Azərbaycan xalqına böyük töhvələr vərəcək. Mən ona uğurlar arzu edirəm və inanıram ki, Elşən Gəncəvi bizləri sevindirəcək.
İnnews.media saytının rəhbəri Bəhruz Məmmədov isə Elşən Gəncəvidə bütün sahələrin inkişafı üçün innovativ yeniləklərə dəstək verən qanun layihələrinin hazırlanmasını gözlədiyini bildirib. O, qeyd edib ki, istənilən sahədə inkişaf etmək üçün dünya standartlarına cavab verən innovativ yeniliklərə imza atmaq lazımdır. Bu da o qədər asan başa gələn iş deyil. Bunun üçün isə qanunvericilik bazasının formalaşması zəruridir. Bu tip qanunların hazırlanması üçün isə qanunvericilik orqanında məhz Elşən Gəncəvi kimi parlament nümayəndələrinə ehtiyacımız var. Ona görə də Elşən Gəncəvinin deputat seçilməsini arzu edirəm.
Dogru.az saytının baş redaktoru İlqam Cəbiyev bildirib ki, Elşən Gəncəvi hər zaman cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyib. Xüsusi ilə Elşən Gəncəvi İkinci Qarabağ Müharibəsi zamanı öz fəaliyyət sahəsi ilə Ali Baş Komandan İlham Əliyevə və onun siyasətinə dəstək verəcək addımlar atıb. O, hər zaman dövlətə, dövlətçiliyə və ölkə başçısının siyasətinə sadiq olub. Onun sadəcə bir düşüncəsi olub: Azərbaycan xalqının vahid idea və dövlətçilik şuarı ətrafında bir araya gəlməsidi. İnanıram ki, Elşən Gəncəvi parlament nümayəndəsi olduğu zaman dövlətimizə, dövlətçiliyimizə və ölkə başçısı İlham Əliyevin siyasətinə öz töhvəsini verməkdə davam edəcək.
Bildiyimiz kimi qarşıdan gələn növbədənkənar parlament seçkiləri dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyət daşıyır və hansıki müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütöv və suveren dövlət kimi parlament seçkiləri keçirilir. Bu sözləri açıqlamasında İctimai.az informasiya portalının baş redaktoru Rəşad Bayramovbildirib. O qeyd edib ki, bu seçkilərdə bizim də tanışlarımızın, həmkarlarımızın seçkilərə namizəd olaraq qatılması və fəal təbliğat kampaniyası aparması sevindirici haldır. Onlardan biri də gənc, amma öz sahəsində seçilən Elşən Gəncəvidir. Elşən Gəncəvinin ictimai-siyasi sferada göstərdiyi fəaliyyətlər, qazandığı nailiyyətlər və apardığı təbliğat kampaniyası deməyə imkan verir ki, seçkilərə qatıldığı Gəncə şəhərində sona qədər layiqli mübarizəsini davam etdirəcəkdir. Bu yolda ona uğurlar arzu edirəm.
Elşən Gəncəvi ilə görüşün hər dəfə səmimi keçməsi onun göstəricisidir ki, dairədə yaşayan sakinlər Elşən Gəncəvinin bu günə qədərki fəaliyyətinə dəyər verirlər, onu seçki prosesində tək qoymurlar və ən layiqli namizəd kimi dəstəkləyirlər. Bu sözləri açıqlamasında Xalqxeber.az saytının baş redaktoru Peyman Sadıqov bildirib. O qeyd edib ki, əlbəttə, bu səbəbsiz deyil. Səbəbləri siz seçicilər daha dəqiq bilirsiniz. Söhbət ondan gedir ki, insanlar onun üçün çalışan, problemlərini öz dərd-səri bilən şəxsin bu dairədən deputat olmasına çalışırlar. İnanıram ki, 1 sentyabr 2024-cü ildə seçicilər doğru seçim edərək, Elşən Gəncəvini deputat seçməklə deputat-seçici doğmalığının və ən vacibi isə deputatın ləyaqətlə seçicilərinə necə xidmət edəcəyinin şahidi olacaqlar.
Mən Elşəni tanıdığım müddətdən onu deyə bilərəm ki, Elşən Gəncəvi çox ağıllı, savadlı mərifətli bir gəncdir. Bu sözləri açıqlamasında AzMedia.az saytının rəhbəri Zaur Əliyev bildirib. O qeyd edib ki, Elşən Gəncəvi çox görkəmli ictimai xadimdir. Zaur Əliyev qeyd edib ki, onun insanlara hər zaman köməyi dəyib. Xüsusilə də o Vətən Müharibəsi iştirakçılarına, qazilərə, şəhid ailələrinə hər zaman dəstək olub. Onlara kömək məqsədi ilə müxtəlif tədbirlər keçirib. O, bunu heç vaxt vurğulamasa da mən yaxşı bilirəm ki, o bir çox yerlərdə Vətən Müharibəsi iştirakçılarına, qazilərə və şəhid ailələrinə köməklik göstərib. Qeyd etmək istəyirəm ki, Elşən seçiləcəyi halda o savadlı olduğu üçün insanlar ona gedib dərdlərini, problemlərini danışa bilər. Mən inanıram ki, Elşən bu problemləri aradan qaldırmaq üçün çalışacaq. Öz imkanlarından maksimum istifadə edəcək ki, seçildiyi ərazidən olan insanların problemlərini həll etsin. O, aidiyyatı orqanlara sözügedən problemlərlə bağlı informasiyanı qısa zaman ərzində çatdıracaq. Xalq onu sevir. İnanıram ki, o seçilsə daha böyük uğurlara imza atacaq. Əsas xalqla bir olmaqdır. Millətin içinə çıxmaqdır. Millətin problemini işıqlandırmaqdır. Ona da inanıram ki, Elşən bunu bacaracaq. Mən Elşəni dəstəkləyirəm. İnşallah Elşən seçilər.
Elşənlə tanışılığımız uzun illərə söykənir. O, gənc yaşlarından savadı ilə, aktivliyi ilə öz həmyaşıdlarından fərqlənən bir gənc olub. Daim üzərində çalışan, vətənini, millətini sevən bir gənc olub. Bu sözləri açıqlamasında Fanat.az saytının baş redaktoru Əli Sahib bildirib. O, qeyd edib ki, Elşəni tanıdığım qədər onu deyə bilərəm ki, o hansı yola baş qoyursa o yolun sonunda uğur var. Bu seçkilərdə Elşənin uğur qazancağına inanıram. Həvəsdən düşməsin. Bütün tanışlarımı, qohumlarımı gəncəli dotlarıma 1 sentyabrda Elşən Gəncəviyə səs verməyə çağırıram. Elşən həqiqətən Gəncənin səsi olacaq. Onların etimadı doğruldacaq. Elşənə səs verən heç vaxt peşman olmaz. Elşənə uğurlar arzu edirəm.
Elşən Gəncəvi ən aktiv gənclərdən biridir. Onu daim sosial şəbəkələr və media vasitəsi ilə izləsəniz buna şahid ola bilərsiz. Bu sözləri isə açıqlamasında Qazanc.az saytının baş redaktoru Babək Cəfərov deyib. O bildirib ki, mən hər zaman gənc namizədləri dəstəkləmişəm. Hesab edirəm ki, indi parlamentdə oturan yaşlı deputatların bir çoxunun faydası yoxdur. Ancaq Elşən Gəncəvi deputat seçilərsə aktiv gənc kimi bir çoxundan faydalı olar. Mən istəyirəm ki, Elşən Gəncəvi seçilsin. Onu da qeyd etmək istəyirəm ki, ümumiyyətlə onun rəqiblərinin kim olması barədə heç bir məlumatım yoxdur. Həm Elşənin, həm də başqa gənclərin bu seçkidə uğur qazanmasını arzu edirəm.
Mən tanıdığım Elşən Gəncəvi 39 saylı II seçki dairəsindən namizəddir. Bu sözləri açıqlamasında Analoq.az saytının baş redaktoru Savalan Talıblı bildirib. Elşəni mən uzun ilərdi tanıyıram. Tanışlığımızın bəlkə də 15-17 yaşı var. İlk gündən necə tanımışamsa, Elşən Gəncəvi dəyişməyib. Elşəni, qardaşı Rövşəni elə indi də onları çalışqan görmüşəm. Hər zaman dövlətçiliyə xidmət ediblər. Çalışıblar ki, dövlətçiliyimizin inkişafında onların da bir payı olsun. Elşən bildiyimiz kimi iş adamıdır. Sahibkardır. Eyni zamanda da fəaldır və aktiv bir ictimai xadimdir. O öz sahəsində bu missiyanı, yəni dövlətçiliyə xidməti davam etdirir. Hər şeydən əlavə də Elşən gəncdir. Mən Elşənin namizədliyinin irəli sürməsini təqdirə layiq hadisə kimi qiymətləndirirəm. Ümumiyyətlə bütün gənclərin seçkilərdə iştirak etməsini istəyirəm. Ancaq burada da istisnalar var. Mən elə gənclərin parlamentdə təmsil olunmasını istəyirəm ki, onlar əziyyətlə o seçkilərdə iştirak edirlər. Yəni onlar kiminsə xalası oğlu, dayısı oğlu deyil. Və ya atadan sonra oğul və ya atadan sonra qız prinsipi ilə deputat seçilməsinlər. Məhz Elşən kimi gənclərin parlamentdə səsi ucalmalıdır, digər tribunalarda da. Mən hesab edirəm ki, Elşən bizim səsimizdir. Elşənin bir maraqlı sloqonu var: “Səsiniz Gəncə”. Çox yaxşı tapıntıdır. Göründüyü kimi də iki tərəfli tapıntıdır. Sözü yaxşı oynada bilib. Səsiniz Gəncə yəni, şəhəri nəzərdə tutub. Eyni zamanda da Gəncə sakinlərindən gəncə səs istəyib. Mən Elşən bəyə uğurlar arzu edirəm.
Yenigundem.az saytının baş redaktoru Təbriz Məhərrəmoğlu bildirib ki, hər bir dairəyə, hər bir seçiciyə Elşən Gəncəvi kimi birinin deputat seçilməsini arzu edərdim. Elşən Gəncəvinin sahibkarlıq fəaliyyətində, istimasi-siyasi sferada qazandığı uğurlar hər birimizə məlumdur. Ancaq mən istərdim ki, onun təxəllüsünə toxunum. Gəncəvi adı bizim hər birimiz üçün əzizdir. O, dünyaca tanınan Azərbaycanın ən böyük klassiklərindən olan Nizami Gəncəvinin adını həm özünə, həm də öz şirkətlərində təxəllüs seçərək yaşadıb, bizlərə daim təbliğ edir. Elşən Gəncəvi fəaliyyət sahələrində olduğu kimi qazandığı uğurları deputat seçildikdən sonra da qazanacağına inanıram. Biz bilirik ki, bəzi deputatlar təbliğat-təşviqat prosesi zamanı bir çox vədlər verirlər. Onlar deputat seçildikdən sonra isə bu vədləri yaddan çıxartmaqları bir yana qalsın, heç gedib seçildikləri dairədə olan sakinlərlə də görüşmək istəmirlər. Ancaq Elşən Gəncəvi onlara nə söz veribsə, nə vəd edibsə bütün sözlərinə, vədinə əməl edəcək bir deputat olacaq. Ona görə 1 senyabr 2024-cü ildə Elşənin namizədliyini verdiyi dairdə hər kəsi ona səs verməyə çağırıram. Siz Elşənə səs versəz uduzmazsınız. Siz Elşənə səs versəz çox şeyə nail olarsız.
Elşən Nəcəfov uzun illərdir ki, Azərbaycanın ictimai, siyasi həyatın mühüm rol oynayan gənclərimizdən biridir. Bu sözləri açıqlamasında 7News.az sayıtının baş redaktoru Səbuhi Abbasov bildirib. O qeyd edib ki, Elşən Nəcəfovu fərqləndirən xüsusiyyətlərindən biri də, hər zaman vətənpərvərliyi ilə, davranışı ilə fəaliyyətə nümunə olub gənclərimiz üçün. Bu gün çox strateji və mühüm bir addımın ərəfəsindədir. Hesab edirəm ki, onun üçün seçki marafonu uğurla nəticələnək. Ən azından mən bunu arzulayıram. Elşən Nəcəfovun parlamentdə təmsil olunması bir növ Azərbaycan gəncləri üçün stimul olacaqdır.
Elşən Gəncəvini uzun müddətdir ki, tanıyıram və onun fəaliyyətinə yüksək qiymət verirəm. Bu sözləri açıqlamasında Big.az saytının baş redaktoru Emil Əkbərov bildirib. O qeyd edib ki, uzun müddətdir ki, biznes fəaliyyəti ilə məşğul olmasına baxmayaraq Elşəni digər sahibkarlardan fərqləndirən bəzi xüsusiyyətlər var. Həmin xüsusiyyətlər ondan ibarətdir ki, Elşən hər zaman yeniliyə açıq biridir. Mətbuatla da əlaqələrini hər zaman sıx edir. Onun parlamentdə təmsil olunması həm cəmiyyətimiz, həm dövlətimiz, həm də vətənimiz üçün çox xeyirli olacaq. Bəzi millət vəkilləri kimi o mediadan qaçmır. Əksinə daim müsahibələr verir. Gördüyü işləri mətbuat vasitəsi ilə işıqlandırır. Bu da Elşənin fəaliyyətinin nə qədər şəffaf olduğunun göstəricisidir. Bizə fəaliyyətində, xalqa münasibətində şəffaf olacaq şəxslər lazımdır. Belə şəxslərdən biri də Elşən Gəncəvidir.
Elşən Gəncəvi mənim üçün gənclərə dəstək verən bir gəncdir. NezerMedia.az saytının baş redaktoru Aytən Əsgərova bildirib ki, mən çox az adam tanıyıram ki, Elşən Gəncəvi kimi gənclərə dəstək versin və onların yolunu açsın. Elşən Gəncəvi nəinki gənclərə, hər yaş qrupundan olan şəxslərə öz imkanları daxilində hər zaman dəstək verir. Onun ən gözəl xüsusiyyətlərindən biri ona müraciət edən şəxsə imkanı çatdığı qədər dəstək olur. Bəzi insanlar var ki, istər gənclər olsun, istər digər yaş qrupundan olan insanlar olsunki, dəstək verəcəyi şəxsdən aslı olmayaraq kiməsə dəstək verməkdən çəkinir. Bir növ ürəylərində olan paxıllıq və xəsislik hissi buna imkan vermir. Ancaq bu hisslər Elşən Gəncəviyə tamamilə yaddır. O, özünün ictimai fəaliyyəti ilə dövlətimizə, Cənab Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə daim töhvələr verməkdə davam edir. Arzu edirəm ki, Elşən Gəncəvi 1 sentyabr seçkilərində qələbə qazansın və bu uğurlu yolu daim mötəbər tribuna olan Milli Məclisdə davam etdirsin.