Ukrayna vətəndaşları ölmüş şəxsi turist kimi Rusiyadan çıxarmağa çalışıblar.
“Yenigundem” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin regional idarəsi feysbuk səhifəsində məlumat yayıb. Xəbərdə qeyd edilir ki, adı açıqlanmayan iki kişi dünyasını dəyişmiş qohumlarının meyitini avtomobillə turist kimi Xarkov şəhərindən Ukraynaya aparmağa cəhd ediblər. Onlar qadını Ukraynanın Zaporeje vilayətində dəfn etməyi planlaşdırıblar. Bildirilir ki, hazırda hər iki şəxs qəsdən adam öldürməkdə şübhəli bilinir.