“Ömür” klinikası cərimələndi – Səbəbbackend

“Ömür” klinikası tibb işçilərini xidmətlərindən kənar tibb fəaliyyətinə cəlb etdiyi üçün cərimələnib.

“Yeni Gundem”-in məlumatına görə, “Ömür” klinikası barədə inzibati xəta haqqında icraat başladılıb. Klinika İnzibati Xətalar Məcəlləsinin
əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan 215.1 maddəsini pozub.

215.1 maddənin tələbinə əsasən Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinikanın işinə 26 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.