Onlar da deputat olacaq: YAP seçim edir…backend

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr artmaqdadır.

YAP-ın namizədləri ilə bağlı dünən yazdığımız xəbərdə bir sıra məşhur deputatlarının  yeni parlamentdə təmsilçiliyinə icazə verilməyəcəyi bildirilirdi. Gununsesi.info-nun daha bir araşdırması zamanı bəlli olub ki, YAP-ın namizədləri siyahısına yeni isimlər əlavə olunub.

Bunlar Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri Elman Rüstəmov və İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevdir.

Məlumata görə hər iki şəxs YAP-ın deputatlığa namizədləri kimi elan olunacaq.

Rövnəq Abdullayevin  24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi irəli sürüləcək.

Elman Rüstəmov gəlincə,  onun da namizədliyi 120 Saylı Cəbrayıl Seçki Dairəsindən elan olunacağı deyilir.