Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr artmaqdadır.
YAP-ın namizədləri ilə bağlı dünən yazdığımız xəbərdə bir sıra məşhur deputatlarının yeni parlamentdə təmsilçiliyinə icazə verilməyəcəyi bildirilirdi. Gununsesi.info-nun daha bir araşdırması zamanı bəlli olub ki, YAP-ın namizədləri siyahısına yeni isimlər əlavə olunub.
Bunlar Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri Elman Rüstəmov və İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevdir.
Məlumata görə hər iki şəxs YAP-ın deputatlığa namizədləri kimi elan olunacaq.
Rövnəq Abdullayevin 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi irəli sürüləcək.
Elman Rüstəmov gəlincə, onun da namizədliyi 120 Saylı Cəbrayıl Seçki Dairəsindən elan olunacağı deyilir.