“Onların uydurduğu tarixdə bir erməni belə öldürülməyib” – Tarixçibackend

Ermənilərin 24 apreli “faciə” kimi dünyaya yaymalarının bir səbəbi var oda vaxtı ilə Türkiyədə yaxşı yaşamaları, onların əldə etdikləri imtiyazların itirdiklərinə yanıldılar.

Bu sözləri “Yeni Gundem”-ə AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyevaçıqlayıb.

Tarixçi alim bildirib ki, XX əsrin 60-cı illərinə qədər genosid adlı ermənilərin heç bir tədbiri yaxud heç bir yazısı olmayıb.

“Bununla yanaşı dünyada özlərinə yer tapmaq, özlərini dilənçi kimi tanıtdırmaq, yazıq formada təqdim etmək üçün olmayan bir hadisəsini uydururlar. XX əsrin 60-cı illərinə qədər genosid adlı ermənilərin heç bir tədbiri yaxud heç bir yazısı olmayıb. KGB-nin təşkilatçılığı ilə xarici ölkələrdə bununla bağlı tədbir keçirilib. Sonradan geniş yayıldı. Kim türkü sevmirdisə öz dövlətçilik maraqları xatirinə ermənilərə bu mövzu üçün şərait yaratdılar. Hətta bununla bağlı qərar qəbul edən ölkələr də oldu. 2 milyon erməninin guya öldürülməsi ilə bağlı çıxışlar edən saxta erməni alimləri də var. Bütün bunlara baxmayaraq həqiqətənin bir üzü var. O vaxtı, yəni onların dediyi vaxt Türkiyə də heç o qədər erməni yaşamayıb. Ermənilər fakt istəyir. Halbuki onların yaşadığı Türkiyə ərazilərində ermənilərin heç bir izi yoxdur. Onların Ənvər paşa və başqaları haqqında tərtib etdiyi teleqramın da saxta olduğu müəyyən edilib. Oxuyanda bilinir ki, teleqram erməni ləhcəsi ilə yazılıb və uydurulub. Onların uydurduğu tarixdə bir erməni belə öldürülməyib. Onlar o günü ona görə seçiblər ki, həmin günü Türkiyə qərar qəbul edib ki, ermənilər ölkədən çıxarılsın. Ancaq bu da bütün ermənilərə şamil edilmirdi. Bu qərar Osmanlı dövlətinin əleyhinə çıxan, onun əksinə təbliğat aparıb , işini pozan , döyüşlərdə ölkəsini satan ermənilərə aid idi. Rəsmi məlumatlara görə, Ermənistanda 4 milyona yaxın əhali olmalıdır. Ancaq reallıq odur ki, Ermənistanda bu gün heç 2 milyon da əhali yoxdur. Heç dünya ölkələri onları qəbul etmirlər. Qəbul edənlər də onların “dərd”inə şərik olmaq istəyənlər, onları dəstəkləyənlərdir”,-deyə o qeyd edib.

Fərahim Rəhimov