“Öpüşmürəm və eyni yatağa girmirəm” – Məşhur aktrisabackend
Türkiyəli məşhur aktrisa Nəbahət Çehrə illər sonra “Aşk-ı Memnu” serialı ilə bağlı etiraf edib.
“Yeni Gundem” “Akşam”a istinadən xəbər verir ki, aktrisa film və seriallara çəkilmək üçün öz qaydaları olduğunu, prinsip olaraq öpüşmədiyini və kişi aktyorlarla eyni yatağa girmədiyini bildirib:
“Bu qərarı verməyimin səbəbi odur ki, tamaşaçı müəyyən yaşdan sonra bizi belə görmək istəmir. “Aşk-ı Memnu”da mənə gənc sevgili obrazı yazılacaqdı. Bu halda işi buraxcağımla təhdid etdim. Belə olsa, hekayə məhv olardı. “Serialın səviyyəsini aşağı salmayaq” dedim. Mən o iddialı xarakteri zərafətli hala saldım. “Mənim mütləq kiminləsə birlikdə olmağımı istəyirsizsə, Rəhmi Koç kimi zəngin bir adam təşkil edin” dedim. Misal üçün “Camdakı kız” serialında qızın zərafətinə o sürücü ilə birlikdə olmağı yaraşmadı. Kaşki ailə içində problemlər olardı”.