Çin və ABŞ arasında ticarət dövriyyəsi 2024-cü ildə 3,7 % artaraq 688,28 milyard dollar təşkil edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
ABŞ Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır. Çindən bu ölkəyə ixracat keçən il 4,9 % artaraq 524,66 milyard dollara yüksəlib. Eyni zamanda, ABŞ-dən ÇXR-ə tədarük 0,1 % azalaraq, 163,62 milyard dollara çatıb. İki ölkənin ticarətində hələ də əhəmiyyətli balanssızlıq var.
Son illər Çin-Amerika münasibətləri daha da gərginləşib ki, bu da iki ölkə arasında ticarətə təsir edib. 2022-ci ildə onların ticarət dövriyyəsi cəmi 0,6 % artaraq 759,4 milyard dollara çatıb. 2023-cü ildə isə 11,6 % azalaraq 664,45 milyard dollar təşkil edib.