Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 404 nəfər 2023-cü ilin dekabr ayında sərhəddə saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd olunub ki, ölkədən çıxışı qadağan olunan 419 nəfərin Azərbaycanı tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.