Ov etmək üçün onlayn icazənin tətbiq olunmamasının səbəbi açıqlanıb.
“Yeni Gundem” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, vətəndaşlar onlayn formada icazədən daha çox “ASAN” xidmət mərkəzlərinə müraciət edərək ovçuluq biletlərini əldə etməyə üstünlük verir: “Ovçuluq biletlərinin verilməsi ilə bağlı xidmət 5 saylı “ASAN” xidmət mərkəzində və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında elektron xidmətlər bölməsində bu xidmətin birinci mərhələsi üçün müraciət bölməsi var. İllik statistikaya nəzər salanda görürük ki, elektron formada müraciət çox azdır”.
A.Babayeva bildirib ki, gələcək illərdə ov etmək üçün onlayn icazənin tətbiqinin həyata keçirilməsi nəzərdə tutulub: “Ovçuluq üçün icazə alanların əksəriyyəti regionlardan olan yaşlı insanlardır. Onlar üçün də əyani müraciət elektron müraciətdən daha asandır. Amma təbii ki, onlayn icazənin gələcək illər üçün tətbiqi nəzərdə tutulub. Çünki gənclər arasında buna tələbat var”.