“Öyrətməklə yorulmayasınız ki, bizlər də yorulmadan öyrənək!”backend

Ölkədə koronavirus infeksiyasının yayılmasına görə bütün təhsil müəssisələrində dərslər dayandırlıb. Amma buna baxmayaraq bu biliyin əldə edilməsi üçün maneə deyil. Müəllimlər onlayn dərslərlə uşaqlara mövzunu rahatlıqla öyrədir, tədris edirlər. Həmin müəllimlərdən biri də Nərimanov rayonunda yerləşən Məktəb Lisey Kompleksinin 2″ç” sinfinin ibtidai sinif müəlliməsi Nadya Əsgərovadır. 

İslahat.az həmin sinifin valideyn və şagirdinin müəlliməyə olan təşəkkür məktubunu çatdırır:

“Bu gün hansısa romanda, hekayədə oxuduğum “müəllim” obrazı məni nə təccübləndirir, nə də heyran edir. Çünki mən müəlliflərin əslində görmək arzusunda olub da, qələmlərində yaratdığı müəllimlə həyatda tanış olma şansını yaşamış bir VALİDEYNƏM!

Kübarlıq, məhəbbət, mərhəmət, sadəlik, səmimiyyət… dolu bir sima.

Mən valideyn sizin haqqınızda yazmağı, danışmağı və fikir söyləməyi özümə şərəf və borc bilirəm.

Sizin haqqınızda fikir söyləmək, hədsiz dərəcədə çətindir mənim üçün. Çünki NADYA ƏSGƏROVA haqqında ən gözəl sözü də, ən gözəl məqaləni də, elə siz öz əməlləriniz və fəaliyyətinizlə yaratmısınız. Bu fəaliyyətinizin böyüklüyü və ucalığının səbəbi sizin içdən gələn səmiyyətiniz və fədakarlığınızdır.

Məktəbdən uzaq qaldığımız bu çətin günlərdə dərslərimizi onlayn üsulla davam etdiririk. Yaradılan bu imkana, şəraitə görə Nərimanov rayonunda yerləşən Məktəb Lisey Kompleksinin 2″ç” sinfinin ibtidai sinif müəlliməsi, çox hörmətli, əvəzsiz insan Nadya Əsgərovaya sonsuz minnətdarlığımı bildirirəm.

Şagirdlərinizin qayğısına qalmağınız çox qürurverici və sevindiricidir. Həqiqətəndə “Evdə qal, təhsildən geri qalma” öz əksini sayənizde tapır. Sizə nə qədər təşəkkür etsəm, yenə də azdır. Bu çətin günlərdə əlinizdən gələni əsirgəmədiniz, heç bir məcburiyyət olmadan hər gün onlayn dərs keçdiniz, göstərdiyiniz diqqət və qayğı qarşısında baş əyirəm.

Sizin qabaqcıl təşəbbüsünüz nəticəsində övladım dərslərindən geri qalmadı. Sizə bu böyük qayğı və məhəbbət üçün dərin minnətdarlığımı bildirirəm”.

Sayənizdə, koronavirus pandemiyası ilə əlaqədar yaranan hazırki vəziyyətdə özümüzü sanki, məktəbdəki kimi hiss edirik və sizin bu qayğınızdan çox bəhrələnirik.

“TÜKƏNMƏZ SEVGİ XƏZİNƏMİZ”… Öyrətməklə yorulmayasınız ki, bizlər də yorulmadan öyrənək!

Haqqınızı halal edin!”

Hörmətlə:

Şagirdiniz Mehin Əliyeva və anası Ülkər Əliyeva

“Yeni Gündəm”