Öz zolağı ola -ola avtomobil yoluna çıxan avtobuslar CƏRİMƏLƏNƏ BİLƏR? – VİDEObackend

Avtobus zolağı ilə hərəkət edən nəqliyyat vasitələri cərimələndiyi kimi, zolaq ola -ola avtomobil yoluna çıxan avtobuslar da cərimələnə bilər.

Sərnişinlərin təhlükləsiz və vaxtında ünvana çatmaları üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib. Digər  nəqliyyat vasitələri  avtobus zolaqlarına daxil olduqları halda cərimələnsələr də, zolaq ola-ola avtobuslar istədikləri vaxt digər maşınların yoluna çıxırlar. Bunu isə bəzən məcburiyyətdən etdiklərini deyirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, avtobus zolağından çıxdığı halda istəmədən qayda pozuntusu etmiş olur. Lakin bu da onun cərimədən yayınmasına əsas deyil.

Toğrul Nəsirli qeyd edib ki, avtobus sürücülərinin belə məcburiyyət qarşısında qalmamaları üçün zolaqlara ciddi nəzarət edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.