Özbəkistan Prezidenti Azərbaycana gələcəkbackend

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.

“Yeni Gundem” xəbər verir ki, Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında keçirilmiş Novruz şənliyində diaspor nümayəndələrimizlə görüşən Şavkat Mirziyoyev deyib ki, sentyabrda Azərbaycana səfər edəcək.

Prezidentin sözlərinə görə, səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.

Fərahim Rəhimov