Özbəkistan Prezidenti: Azərbaycanın sədrliyi ilə QH-nin beynəlxalq aləmdə reputasiyası güclənibbackend

“Pandemiyanın çətinliklərinə baxmayaraq, biz platforma çərçivəsində həmrəyliyimizi və əməkdaşlığımız gücləndirdik. Qoşulmama Hərəkatının parlament qurumunu və gənclər şəbəkəsini yaratdıq”.

Bunu Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə çıxışında Özbəkistan Prezidenti Şövkət Mirziyoyev deyib.

Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə təşəkkür edərək bildirib ki, Azərbaycan sədrliyi dövründə pandemiya vaxtı çox vacib müxtəlif təşəbbüslər irəli sürüb.

“Azərbaycanın sədrliyi ilə QH-nin beynəlxalq aləmdə reputasiyası güclənib. Biz Azərbaycana səmərəli sədrliyinə görə təşəkkür edirik və təşkilata uğurlar arzu edirik”, – o deyib.

Özbəkistan Prezidenti qeyd edib ki, BMT-də gələcəkdə islahatlar olarsa, QH-nin Təhlükəsizlik Şurasında yeri olmalıdır.

O, həmçinin bu platformadakı ölkələri terrorizmlə mübarizədə səylərini daha da gücləndirməyə çağırıb.