Özbəkistan Senatının sədri: Torpaqları azad etməklə Azərbaycan Prezidenti ata vəsiyyətini yerinə yetiribbackend

Torpaqları işğaldan azad etməklə Azərbaycan Prezidenti ata vəsiyyətini yerinə yetirib və Azərbaycan xalqının qəhrəmanı olaraq tarixi missiya həyata keçirib.

“Yeni Gundem” xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib.

O, eyni zamanda, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyini xüsusilə qeyd edib və ölkəmizin rəhbərliyi ilə Hərəkatın nüfuzunun artdığını, onun təsisatlanması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.