Özbəkistanın Daşkənd şəhərində keçirilən Savate üzrə 2-ci Asiya kubokuna yekun vurulub.Azərbaycan Savate Milli Komandası Millinin baş məşqcisi Nağızadə Talehin rəhbərliyi ilə birlikdə yarışa yollanmışdır.Gənclərin yarışında idmançılarımızdan Məhəmməd Süleymanov(75 kq) qızıl Mahmud İsmayılzadə (56 kq) bürünc,böyüklərin mübarizəsində Ağadədə Əliyev (75 kq) və Sənan Babazadə (80 kq) qızıl,Beyrək Bağırov (75 kq) və Vüqar Abbasov (80 kq) bürünc medal qazanıblar. Qadınların qarılaşmasında isə Tutu İsmayılova (48 kq) qızıl medala sahib olub
İdmançılarımız ümumilikdə 4 qızıl və 3 bürünc qazanaraq komanda hesabında üçüncü yerin kubokuna sahib olublar.
Hətda sonda Milli komandamız Ümummili Lider Heydər Əliyevin Daşkənd şəhərində yerləşən abidəsini ziyarət edərək qazanılan qələbələrini 100 illik yubileyə həsr ediblər.