Ötən ilin yekununa olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 23 bank arasında ən yüksək qeyri-faiz gəliri əldə edən bank “Kapital Bank” ASC olub.
Yeniavaz.com xəbər verir ki, ötən il “Kapital Bank” tərəfindən əldə olunan qeyri-faiz gəlirləri 476,7 milyon manat olub.
Qeyd edək ki, ötən il banklar ümumilikdə 1 milyard 370,3 milyon manat qeyri-faiz gəliri əldə ediblər. Bu məbləğin 1 milyard 99 milyon manatı özəl bankların payına düşüb. Özəl bankların əldə etdiyi qeyri-faiz gəlirlərinin isə 63,5%-i və ya 698 milyon manatı 2 bankın – “Kapital Bank” ASC və “Paşa Bank” ASC-nin payına düşüb.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 265,8 milyon manat olan “Kapital Bank”ın səhmlərinin 81,07%-i “Paşa Holdinq”ə, 7,52%-i “Paşa Sığorta” ASC-yə, 11,4%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir.
Nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhmlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir.
Aşağıdakı cədvəldə bankların qeyri-faiz gəlirləri göstərilib: