Özünün 41, klubunun isə 5 yaşı olur – Törəçinin “Çölçü”sübackend

5 YAŞLI ÇÖLÇÜ

Onlar doğanı sevir. Onlar doğanı qoruyur. Onlar doğanın yaratdığı nə varsa ondan sağlam yararlanmağı bilir. Onlar doğadan güc alıb törəli yaşamağın nə olduğunu bilir. Onlar Çölçülərdir.

“Yeni Gündem” in məlumatına görə,bu gün “Çölçü” Sosial Klubunun 5 yaşı tamamlanır. Hələ 5 yaşı olmasına rəğmən klub istər bilim, istər sənət, istərsə də işgüzar çevrədə tanınaraq çoxlu sayda tərəfdaş toplamağı bacarıb. Bu klub Çöl Fəlsəfəsini, çölün ecazkar sehrini və rahatladıcı enerjisini insanlarla bölüşmək üçün yaradılıb. Çünki Çölçülük çağdaşlığı və gələnəksəlləri özündə birləşdirən bir düşüncə tərzidir. Çölçülük ekstremal turizm, eko turizm, vəhşi təbiətdə sağ qalma üçün fiziki və psixoloji hazırlıq treninqlərinin sintezindən yaranan bir turizm cərəyanı, çölə, çölçülüyə və turizmə tam fərqli yanaşmadır. Çölçülər turizmə təkcə əyləncə kimi baxmır, onun yeni bilgilər və bacarıqlar toplamaq üçün də necə faydalı olduğunu bilirlər. Buna görə də “Çölçü” klubunun təşkil etdiyi çölçü axınlarından, işgüzar birlik öyüdlərindən (team building) qatılanlar geriyə, adi turlarda olduğu kimi sadəcə xoş təəssüratlarla deyil, həm də yeni biliklər, bacarıqlar yiyələnərək qayıdırlar.
Çölçü axınları “Çölçü” klubunun təşkil etdiyi dağ-meşə gəzintiləridir.Çölçü axınları zamanı axına qoşulan çölçülərə ənənəvi türk oxçuluq təlimləri keçirilir, vəhşi təbiətdə davranma, unudulmaqda olan gələnəksəl oyunlar öyrədilir. Bundan əlavə, axınlarda iştirakçılarda iradə, hədəfə yetmək üçün çətinlikləri aşa bilmə kimi psixoloji hazırlıq bacarıqları da aşılanır. Yarandığı gündən bu günə qədər “Çölçü” klubu çölə – dağlara, dağ çaylarına, şələlə və bulaqlara, meşələrə onlarla axın təşkil edib. Bu günə qədər axınlara 700-dən çox insan, yaradıcı və bilim adamları, eləcə də iş adamları qatılıb. Axın iştirakçılarından ən kiçiyinin 3, ən yaşlısının isə 65 yaşı var.
“Çölçü” Klubunun layihələri “Çöldə yaşam öyüdləri”, “Çölçü biş-düşü”, “çölçü oxçuluq yarışması” verilişləri “Qafqaz” televiziyasında,eləcədə sosial şəbəkələrdə yayımlanır. “Çöldə yaşam öyüdləri”yaradıcı yönətməni və aparıcısı isə düz beş il öncə “Çölçü” Sosial Klubunun əsasını qoyan tanınan yönətmən, “Qafqaz” TV-nın direktoru Eltən Qədimbəylidir. Yaxşı, bəs, illərini çölə, çölçülüyə həsr edən Eltən Qədimbəylinin özü üçün çöl nədir? Onun üçün çöl sərhədsiz bir məkandır, bambaşqa bir enerji paylaşımı müstəvisidir. Eltən Qədimbəylinin fikrincə, çölçülük istər sənət, istər bilim, istər işgüzar sahədə yenilikçi, əldə etdikləri ilə kifayətlənməyən, mövcud olanı dəyişməyə bacarığı, biliyi və həvəsi olan, yeniliklər yaratmağı həyatının gündəminə çevirə bilən insanları bir məcraya yönəldən yeni bir altkültürdür.
Öz yaşam biçimində çölə, çölçülüyə, keçmişinə bağlı insan olan Eltən Qədimbəylinin özünün də bu gün doğum günüdür. “Yaş üstünə yaş gələ bilər, amma mən gün keçdikcə içdən gəncləşirəm”, deyən yönətmənin 41 yaşı tamam olur. Həm klubun yaranma gününü, həm də Eltən Törəçinin (Qədimbəyli)doğum gününü ürəkdən qutlayır, ona yaşamında başarılar diləyirik. Yaradıcı yönətməni və “Çölçü” klubunu qutlayanlar arasında Respublikamızın tanınan ziyalıları da var.
Rasim Müzəffərli: Təbriklər, Eltən Törəçi! Möhkəm cansağlığı, daim ruh yüksəkliyi, məhsuldar tapıntılar və hövsələ!
Qulu Məhərrəmli :Eltən Qədimbəylini tələbəlikdən tanıyıram,onun yaradıcılığı,rejissor fəaliyyəti ,ümumiyyətlə media quruculuğu ilə bağlı işləri gözümün qabağında olub.Həmişə onu təşəbbüskar kimi tanımışam ,ən maraqlı layihələrlə çıxış edib.Hələ tələbə vaxtı öz qrup yoldaşları ilə çox maraqlı tamaşalar təşkil edərdi və bizdə gedib baxardıq.Onun içində lap əvvəldən bir yaradıcı nüvə var ki,o bu gündə Eltənə enerji verir və onu irəli aparır.Azad ruhlu,əsl yaradıcı insandır,məsələn onun Çölçü layihəsi hesab edirəm ki qısa müddətdə Azərbaycanda çox böyük rezonans doğurdu.Daima axtarışdadır, yəni yaradıcılıq enerjisi tükənmir.Bu çox gözəldir ki daim axtarır,arayır yeni formalar kəşf etməyə çalışır.İndidə Qafqaz tv-yə rəhbərlik edir.Hesab edirəm ki özünün sakit ,ağıllı,düşünülmüş addımları ilə bizim televiziyaçılığa xidmət edir.Mən Eltən bəyi təbrik edirəm,ona ən xoş arzularımı bildirirəm və həmin o yaradıcılıq enerjisini həmin tükənməz güclə davam etməsini arzu edirəm.
Elçin Şıxlı: “Eltən Qədimbəyli, Eltən Törəçi istedadlı, orjinal, peşəsindən sözün yaxşı mənasında xəbəri olan və peşəsini sevən biridir. Eltən Qədimbəylinin ən vacib cəhəti ondan ibarətdir ki, o da bu gün Paytaxtda media sahəsində çalışa bilərdi. Amma o sərhədyanı bir bölgədə çalışmağa üstünlük verib. O, urbanizasiya axınını əksinə gedən biridir. Şəhər məişətindənsə təbiətə qovuşmaqnı üstün tutur. Mən ona yaradıcılıq uğurları arzu edirəm. Yürüdüyü bu yolda dönməzlik və başarılar diləyirəm”.

Şahbaz Xudoğlu: “Eltən Qədimbəyli əslində elə bir sahəni nəzər aldı ki, o sahə unudulub, diqqətdən kənarda qalmışdı. Bu təbiədir, təbiətlə insanları bir araya gətirmək, təbiəti anlamaq, qədim ənənələrimizi bərpa etmək bu özü çox mütərəqqi bir addımdır.Bu addım Eltəndə də çox yaxşı alındı.
Televiziya işinə gəldikdə isə regionda gedib bir televiziyanı bir turizm və işgüzar kanal kimi inkişaf etdirmək və yaratmaq, əhalinin marağını cəlb etmək, maarifləndirmək bu doğrudan da qəhrəmanalıq tələb edir.Mən ona bütün işlərində uğurlar arzu edirəm”.

İslam Həsənov: Əziz dostum,qardaşım Eltən müəllim.Mən sizin doğum gününüzü səmimi qəlbdən təbrik edirəm.Siz bütün hörmətlərə layiq insansız.öz işgüzarlığınız, həyat sevginizlə məni valeh etmisiz.Yadımdadır Lənkəranda olarkən sıfırdan Cənub televiziyasını qurmağınız, gözəl bir televiziya yaratmağınız.Eyni zamanda Qafqaz televiziyasındakı fəaliyyətiniz də məni çox sevindirir. Siz sadəliyinizlə böyük ,böyüklüyünüzlə də sadə adamsız. Sənin dostların həmişə yanındadır,həmişə sənə uğurlar diləyir.

Emin Batur Akyel –Doğma qardaşım kimi sevdiyim Eltən bəy,siz mənə tək özünüzü yox, bütün ölkəni sevdirmisiz.Ad gününüz qutlu olsun.

Rüstəm Əliyev : Həyatı ,yaşamı ,təbiəti durmadan .yorulmadan araşdıran ,yeniliklər axtaran mübariz insan Eltən Qədimbəylini doğum günü münasibəti ilə təbrik edirəm.

Emin Kərimov

Yenigundem.az