Panama ABŞ gəmiləri üçün rüsumları ləğv edib?backend

Panama hökuməti ABŞ gəmilərinin Panama kanalı vasitəsilə keçidi üçün nəzərdə tutulan ödənişləri ləğv edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“ABŞ-nin gəmiləri indi Panama kanalından rüsum ödəmədən tranzit keçə bilər və bu, ABŞ hökumətinə ildə milyonlarla dollara qənaət etməyə imkan verir”, – bəyanatda deyilir.

“Reuters”in yaydığı məlumatda isə bildirilir ki, Panama Kanalı İdarəsi ABŞ Dövlət Departamentinin ABŞ-yə məxsus gəmilərin kanal keçidi üçün ödənişlərdən azad edildiyi barədə bəyanatını təkzib edib. İdarə kanalın keçidi üçün ödənişlərdə və ya hüquqlarda heç bir dəyişiklik olmadığını bildirib və ABŞ ilə hərbi gəmilərin keçidi mövzusunda dialoqa açıq olduğunu qeyd edib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ gəmilərinin Panama kanalı vasitəsilə keçid üçün yüksək tariflər ödədiyini bildirərək, kanalın yenidən ABŞ-nin nəzarətinə qaytarılması məsələsini gündəmə gətirmişdi. Panama Prezidenti Mulino isə buna cavab olaraq, Panama kanalının suveren ərazi olduğunu bəyan etmişdi.