“Papaq atmaq namussuzluqdur” – Elçin Şıxlıbackend

“Papaq atmaq namussuzluqdur”.

“Yeni Gundem” xəbər verir ki, bunu Əməkdar jurnalist Elçin Şıxlı deyib.

O, Azərbaycanın ən gözəl bayramlarından biri olan Novruzun unudulan və təhrif olunan adət-ənənələrdən danışıb.

Bir həqiqət budur ki, əvvəllər insanlar bəzi adətlərə əməl etsələr də, son illər onlar ya yadırğanıb, ya da unudulub. Bir çoxları İlaxır Çərşənbədə qapı pusmağı özünə eyib sayır, digərləri qapıya papaq atmanı kişiliyə təhqir kimi yozur.

Elçin Şıxlı da son fikirlə razılaşır:

“Novruz bayramı min illərdən bizə gəlib çatmış bayramdır. Min illərdi unudulmayıbsa, indi də unudulmayacaq. Bəzi insanlar adət-ənənələri unuda bilər, amma ümumən deyə bilərik ki, əksəri unudulmur.

Azərbaycanda papaq namus, qeyrət simvoludur. Qapıya papaq atmaq namussuzluqdur.

Tarix boyu heç bir kişi papağını çıxarıb qapıya atmayıb. O vaxtlar evlərin bacası olub, bacadan evin içinə torba atıblar. Amma indi evlərin bacası yoxdur. Papaq atma isə millətə təhqirdir”.

Yenisabah.az